Çərşənbə, 08 May

"Qarabağ" azarkeşlərinə görə cəzalandırıldı

image

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Xəbər verilir ki, yığıncaqda Azərbaycan premyer-liqasının 23-cü turu və ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.

Komitə üzvləri bununla bağlı müvafiq qərarlar verib. "Qəbələ" – "Sumqayıt" oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimələnib. Meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub daha 1600 manat ziyana düşüb. 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "Sumqayıt" 800 manat cərimə olunub.

"Qarabağ" – "Şamaxı" oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.

1/2 final mərhələsinin "Qəbələ" – "Qarabağ" oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 ödəməli olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56